Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini nümunə götürərək TikTok və digər sosial şəbəkələrdə hesab açmağı planlaşdırmır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, planlaşdırmır ”- Kremlin sözçüsü jurnalistlərə “Putin sosial şəbəkələrdə hesab açmaqla bağlı fikrə yenidən baxmağı planlaşdırırmı?” sualın cavabında deyib.
Qeyd edək ki, Berluskoni TikTok sosial şəbəkəsində profil açıb, ilk videosunda gənclərə müraciət edib.