Bank Of Baku

Putin Tokayevlə iqtisadi əməkdaşlığı müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya dövlət başçısı Vladimir Putin

© APA | Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya dövlət başçısı Vladimir Putin

# 31 may 2024 13:44 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Adminstrasiyası məlumat yayıb.

Prezidentlər ticarət, energetika, logistika məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlətlərin başçılarının iyul ayında Astanada keçiriləcək iclasının mövzuları müzakirə olunub.

Putin və Tokayev xarici liderlərlə son təmasların nəticələrinə görə qiymətləndirmələr mübadiləsi aparıblar.

Danışıqlarda Rusiya-Qazaxıstan münasibətlərinin hərtərəfli möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR