Bank Of Baku

Putin Tokayevlə Kremldə görüşüb

Kasım-Jomart Tokayev, Vladimir Putin

© APA | Kasım-Jomart Tokayev, Vladimir Putin

# 10 fevral 2022 15:51 (UTC +04:00)

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşün protokol hissəsində çıxış edən Vladimir Putin Qazaxıstanın yanvar ayında beynəlxalq qruplaşmanın qurbanı olduğunu söyləyib.

“Bu, bizim yanvar hadisələrindən, mübaliğəsiz desək Qazaxıstanın ölkədəki mürəkkəb vəziyyətdən istifadə edən hansısa beynəlxalq qruplaşmanın qurbanı olmasından sonra ilk görüşümüzdür. Qazaxıstanda vəziyyət bərpa olunub, ölkə respublika rəhbərliyinin səyləri sayəsində möhkəm dayanıb. Rusiya KTMT ölkələrindən biri kimi müqavilənin dördüncü bəndinə uyğun olaraq Qazaxıstana dəstək oldu. Lakin əlbəttə ki, Qazaxıstanın öz rəhbərliyi, hüquq-mühafizə orqanları, Silahlı Qüvvələri başlıca rol oynadı”, - Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR