Rusiya Prezidenti Vladimir Putin Tu-160M strateji bombardmançı təyyarəsi ilə uçuş həyata keçirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, təyyarə Qorbunov adına Kazan Aviasiya Zavodunun ərazisindən havaya qalxıb, 30 dəqiqə uçuşdan sonra yerə enib.
Qeyd edək ki, bu, Putinin son 25 ildə döyüş təyyarəsi ilə üçüncü uçuşudur. Uçuş planı hərbi sirdir.