Bank Of Baku

Putin Ukrayna böhranından danışıb: "Rusiyanın maraqları nəzərə alınmalıdır"

Putin Ukrayna böhranından danışıb: "Rusiyanın maraqları nəzərə alınmalıdır"
# 01 fevral 2022 22:31 (UTC +04:00)

Rusiya Ukrayna ətrafında vəziyyətin mənfi inkişafından qaçmaq istəyir. Bunun üçün bütün tərəflərin maraqlarını nəzərə almaq lazımdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bütün bu çoxsaylı məsələlərə dərindən, ciddi şəkildə nəzər salsaq, aydın olar ki, vəziyyətin belə neqativ inkişafından qaçmağı arzulayırıq. Biz bundan qaçmaq istəyirik. Bütün ölkələrin, o cümlədən Rusiyanın maraqları doğrudan nəzərə alınmalıdır və bu problemin həlli yolları tapılmalıdır”, - deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR