Bank Of Baku

Putin: “Ukrayna ilə danışıqların üçüncü raundu həftəsonu keçiriləcək”

Putin: “Ukrayna ilə danışıqların üçüncü raundu həftəsonu keçiriləcək”
# 04 mart 2022 19:10 (UTC +04:00)

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu bu həftənin sonunda keçiriləcək.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarının 2-ci raundu ötən gün Belarusun Brest vilayətində baş tutub. Ukrayna hökumətinin rəsmisi Mixaylo Podolyak görüşdən sonra bildirib ki, tərəflər arasında danışıqlar zamanı Ukraynanın istədiyi nəticə əldə edilməyib. 2-ci raundun əsas nailiyyətinin mülki şəxslər üçün humanitar dəhlizlə bağlı razılıq əldə edilməsi hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR