Ukraynadan çıxarılan taxıl aclıq içində olan ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə gedir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.
“İnkişaf etməkdə olan ölkələrə yalnız iki gəmi taxıl gedib”, - Rusiya Prezidenti vurğulayıb.
Putin Ukraynadan taxıl daşınmasının bu səbəbdən məhdudlaşdırıla biləcəyini də söyləyib: “Bəlkə bu marşrutla (Ukraynadan Avropaya – red.) taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəyəm. Axı, Ukraynadan taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik”.