Bank Of Baku

Putin Ukrayna vasitəsi ilə qaz nəqlinin davam etdirilməsinin şərtlərini açıqlayıb

Vladimir Putin

© APA | Vladimir Putin

# 15 fevral 2022 19:35 (UTC +04:00)

Rusiya 2024-cü ildən sonra da Ukrayna vasitəsilə Almaniyaya qaz tədarükünü davam etdirməyə hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Almaniya danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, tələbat və rentabellik olacağı təqdirdə, Rusiyanın Ukrayna vasitəsilə Almaniyaya qaz tədarükünü davam etdirməyə hazır olduğunu söyləyib: “Həmçinin qeyd etmək istərdim ki, biz 2024-cü ildən, bu ölkədən tranzitlə bağlı cari müqavilənin müddəti bitəndən sonra da Ukrayna ərazisindən qaz nəqlini davam etdirməyə hazırıq”, - deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR