Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynada hipersəsli silahlar yerləşdirməsinin mümkünlüyünə münasibət bildirib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, VTB Bankın təşkil etdiyi “Rusiya çağırır” adlı forumda xarici ekspertlərin suallarını cavablandıran V. Putin deyib ki, əgər Ukrayna ərazisində Moskvaya uçuş vaxtı 7-10 dəqiqə olan zərbə raketləri, Moskvaya uçuş vaxtı 5 dəqiqə olan hipersəsli komplekslər peyda olacaqsa, buna qarşılıq verilməlidir.
“O zaman bizi təhdid edənlərə qarşı bu cür nəsə yaratmalıyıq. Təsəvvür edirsiniz, biz bunu artıq indi edə bilərik?”, - V. Putin vurğulayıb.