Bank Of Baku

Putin: "Ukraynadakı anti-Rusiya anklavını aradan qaldırmaq xüsusi hərbi əməliyyatın məqsədidir"

Vladimir Putin

© APA | Vladimir Putin

# 01 sentyabr 2022 18:10 (UTC +04:00)

Ukrayna ərazisində Rusiyanın özünü təhdid edən anti-Rusiya anklavı yaradılır.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Kalininqradda Bilik gününə həsr olunan “Vacib məsələlər barədə söhbət” adlı açıq dərsdə bildirib.

Putin qeyd edib ki, anti-Rusiya anklavını aradan qaldırmaq xüsusi hərbi əməliyyatın məqsədidir.

"Hesab edirlər ki, Ukraynada hansısa aqressiya baş verir. Lakin Ukrayna hakimiyyəti öz həmvətənlərinə qarşı müharibəyə başlayıb. Bizim vəzifəmiz buna son qoymaqdır", - deyə Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, Donbasda yaşayan insanlar özlərini rus dünyasının ümumi humanitar, mədəni, dil məkanının bir hissəsi hesab edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR