Bank Of Baku

Putin Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edib

Putin Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edib
# 05 yanvar 2023 19:10 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

"Patriarx Kirill həzrətlərinin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının Müdafiə nazirinə 6 yanvar 2023-cü il saat 12:00-dan 7 yanvar 2023-cü il saat 24:00-dək Ukraynada qoşunların təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıram.

Döyüş rayonlarında pravoslavlığa ibadət edən çoxlu sayda vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad bayramı, İsa Məsihin doğum günü mərasimlərində iştirak etmək imkanı verməyə çağırırıq", deyə Putinin Kremlin saytında yerləşdirilən göstərişində qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR