Ukrayna Silahlı Qüvvələrinin hücumu böyük strateji ehtiyat qüvvələri ilə davam edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusu hücum edir və döyüşlər gedir.
Putin Ukrayna tərəfinin hərbi itkilərini də açıqlayıb. Bildirib ki, Ukraynanın itkiləri onlara xaricdən gətirilən hərbi dəstəyin həcminin 25-30%-ni təşkil edir.
"Nisbət 1:10 münasibətində bizim xeyrimizədir, itkilərimiz 10 dəfə azdır",- deyə Rusiya Prezidenti vurğulayıb.