Bank Of Baku

Putin: "Ümid edirik ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı narahatlığımızı  tərəfdaşlarımız ciddi qəbul edəcək" 

Vladimir Putin

© APA | Vladimir Putin

# 15 fevral 2022 20:23 (UTC +04:00)

Ukraynanın NATO-ya daxil olmasının təxirə salınması heç nəyi dəyişmir, Rusiya bu məsələni yaxın vaxtlarda danışıqlar prosesinin gedişində həll etmək istəyir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Almaniya danışıqlarının yekunu ilə bağlı birgə mətbuat konfransında bildirib.

"Ukraynanın NATO-ya daxil olması məsələsi müzakirə olunur. Deyirlər, sizin dediyiniz kimi, bu, sabah olmayacaq. Bəs nə vaxt olacaq? Sabah yox, biri gün? Bəs bu, bizim üçün nəyi dəyişir? Tarixi perspektivdə qətiyyən heç nəyi. Biz Ukraynanın NATO-ya daxil olmağa hazır olmadığını eşidirik. Gəlin bu tezisi araşdıraq. Həm də deyirlər ki, Ukraynanı sabah qəbul etməyəcəklər. Buna hazır olanda qəbul edəcəklər? Bu bizim üçün artıq gec ola bilər. Ona görə də biz bu məsələni indi, yaxın vaxtlarda danışıqlar prosesinin gedişində sülh yolu ilə həll etmək istəyirik. Biz bundan çıxış edirik və çox ümid edirik ki, bizim narahatlıqlarımız eşidiləcək və tərəfdaşlarımız tərəfindən ciddi qəbul olunacaq"- deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR