Bank Of Baku

Putin və Ərdoğan Fələstin-İsrail münaqişəsində humanitar ehtiyacları müzakirə edib - YENİLƏNİB

Putin və Ərdoğan Fələstin-İsrail münaqişəsində humanitar ehtiyacları müzakirə edib - YENİLƏNİB
# 10 oktyabr 2023 22:49 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Bundan əlavə regionda humanitar ehtiyacların ödənilməsi üçün bəzi təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib.

Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə davam edəcəyini əlavə edib.

Tural Əsədi

***

Saat 22:32

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, tərəflər Fələstin-İsrail münaqişəsinin gərginləşməsini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR