Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək.
"Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək", deyə Lukaşenko vurğulayıb.