Bank Of Baku

Putin və Lukaşenko telefonla danışıb

Putin və Lukaşenko telefonla danışıb
# 01 noyabr 2023 14:50 (UTC +04:00)

Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixində Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

“İkitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və ittifaq inteqrasiyasının, o cümlədən enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqi ilə bağlı aktual mövzular da nəzərdən keçirilib.

Rusiya-Belarus strateji tərəfdaşlığı və müttəfiqliyini dərinləşdirmək üçün sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiqlənib", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR