Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü həftənin sonuna qədər baş tutacaq. Prezidentlər görüşün yekunları ilə bağlı əsasən bəyanat verə bilərlər.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belə bir görüş hazırlanır, biz onun həftəsonuna qədər baş tutacağını gözləyirik”, - deyə Kreml sözçüsü vurğulayıb.
Görüşdə Rusiya qoşunlarının Belarusdan çıxarılması qrafiki məsələsinin müzakirə olunub-olunmayacağı sualını cavablandıran Peskov hadisələri qabaqlamamağı tövsiyə edib: “Ümid edirik ki, prezidentlərin danışıqların yekunu ilə bağlı bəyanat verəcəklər”.