Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Qazaxıstandakı durumu və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə atılacaq addımları müzakirə edib.