Bank Of Baku

Putin və Rahmon Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti müzakirə edib

Vladimir Putin, Emoməli Rahmon

© APA | Vladimir Putin, Emoməli Rahmon

# 10 yanvar 2022 15:10 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rahmon Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya və Tacikistan prezidentləri telefon danışığı zamanı Əfqanıstana, xüsusilə də Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə toxunublar.

Onlar həmçinin Qazaxıstandakı vəziyyətlə bağlı bəzi məsələləri müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR