Bank Of Baku

Putin və Si Cinpin arasında danışıqlar martın 21-də baş tutacaq

Putin və Si Cinpin arasında danışıqlar martın 21-də baş tutacaq
# 17 mart 2023 14:48 (UTC +04:00)

Kreml Çin Xalq Respublikasının Sədri Si Cinpinin səfər proqramını açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Çin rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında söhbətin martın 20-də günün ikinci yarısında başlayacağını bildirib.

"Onlar qeyri-rəsmi nahar zamanı təkbətək danışacaqlar. Putin və Si Cinpin arasında danışıqlar martın 21-də baş tutacaq, bundan sonra onların mətbuata açıqlamaları gözlənilir", deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR