Rusiyanın əməkdar jurnalisti Vitali İqnatenko Rusiyanın İctimai Televiziyasının baş direktoru təyin olunub.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Prezident Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Vitali İqnatenko 1991-2012-ci illərdə TASS dövlət informasiya agentliyinin baş direktoru olub.