Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edilib

Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edilib
# 16 aprel 2024 14:21 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, MSK sədri bu il martında keçirilən prezident seçkilərinin qalibi Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərində protokolların 100%-i hesablandıqdan sonra hazırkı prezident Vladimir Putin 87,28% səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR