Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, görüş Rusiya liderinin son bir neçə gündür qaldığı Sankt-Peterburqda aparılır.
Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, Putin-Nəhyan görüşü üçün təkbətək format seçilib.