Putinin böyük mətbuat konfransının vaxtı məlum olub

Putinin böyük mətbuat konfransının vaxtı məlum olub
# 30 noyabr 2023 13:01 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Putin ilin yekunlarına dair yekun mətbuat konfransının dekabrın 14-də keçiriləcəyini bildirib.

Qeyd edək ki, hər il ənənəvi olaraq dekabr ayında keçirilən Putinin böyük mətbuat konfransı ötən il baş tutmamışdı. Kreml bu il böyük mətbuat konfransı və prezidentlə birbaşa xətt tədbirlərini birləşdirərək bir formatda təşkil etmək qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR