Putinin müşaviri: Göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə gedəcəyik

Putinin müşaviri: Göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə gedəcəyik
# 29 fevral 2024 12:32 (UTC +04:00)

Rusiya nümayəndə heyəti müvafiq göstəriş olacağı təqdirdə Ukrayna ilə danışıqlar üçün Türkiyəyə gedəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin müşaviri, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Medinski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaradakı danışıqlar platforması ilə bağlı irəli sürdüyü təklifi şərh edərkən deyib.

Xatırladaq ki, Türkiyə lideri ölkəsinin Rusiya və Ukrayna arasında danışıqlar üçün yenidən platforma təqdim etməyə hazır olduğunu dünən bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR