Putinin Rəisi ilə görüşü 5 saatdan artıq çəkib - YENİLƏNİB

Putinin Rəisi ilə görüşü 5 saatdan artıq çəkib - YENİLƏNİB
# 08 dekabr 2023 00:13 (UTC +04:00)

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə danışıqları başa çatıb.

APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Görüş beş saatdan çox davam edib.

Gündəliyə həm ikitərəfli, həm də beynəlxalq mövzular daxil edilib.

Putin və Rəisi Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti də müzakirə ediblər.

***

07.12.2023

Saat 18:57

Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin-Rəisi danışıqları Kremldə keçirilir.

Prezidentlər əvvəl təkbətək görüşüblər. Daha sonra isə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR