Bank Of Baku

Putinin sözçüsü: “Çinin təxribatlara reaksiya vermək hüququ var”

Putinin sözçüsü: “Çinin təxribatlara reaksiya vermək hüququ var”
# 10 aprel 2023 14:37 (UTC +04:00)

“Rusiya Federasiyası Çinə qarşı təxribat xarakterli hərəkətlərin şahidi olub. Pekinin bu təxribatlara reaksiya vermək hüququ var”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çox qısa müddət ərzində biz Çin Xalq Respublikasına qarşı təxribat xarakterli çoxsaylı hərəkətlərin şahidi olduq. Təbii ki, Çinin bu təxribatçı hərəkətlərə cavab vermək, o cümlədən beynəlxalq hüquq normalarına ciddi uyğun olaraq hərbi manevrlər keçirmək hüququ var. Hər kəs digər ölkələr kimi Çinin də bu cür hərəkətlər etmək hüququna hörmət etməlidir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Çin Müdafiə Nazirliyinin rəsmisi Şi Yi ölkəsinin Silahlı Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq aprelin 8-10-da Tayvan ətrafındakı dəniz və hava məkanında təlimlər və patrul hərəkətləri həyata keçirdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR