Bank Of Baku

Putinin sözçüsü: Əsədin Suriya Prezidenti postunu tərk etməsi onun şəxsi qərarı olub

Putinin sözçüsü: Əsədin Suriya Prezidenti postunu tərk etməsi onun şəxsi qərarı olub
# 10 dekabr 2024 13:21 (UTC +04:00)

Bəşər Əsədin Suriya Prezidenti postunu tərk etməsi onun şəxsi qərarı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Əsədin gedişindən sonra Yaxın Şərqdəki vəziyyətin təhlili vacibdir. "Qeyri-müəyyənlik dövründən sonra nə olacağını proqnozlaşdırmaq çətindir” - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Peskov Əsədin Suriya Prezidenti postundan getməsindən sonra Rusiyanın Yaxın Şərqdə hərbi təsirini itirməsi riskinin olub-olmaması sualına isə belə cavab verib: "Kreml Suriyadakı vəziyyətin necə inkişaf edəcəyini hələ də proqnozlaşdırmaqda çətinlik çəkir, lakin Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR