Bank Of Baku

Putinin sözçüsü Qutsulun həbsini siyasi motivli hesab edir

Putinin sözçüsü Qutsulun həbsini siyasi motivli hesab edir
# 05 avqust 2025 14:22 (UTC +04:00)

Moldovanın Qaqauz muxtariyyətinin başçısı Yevgeniya Qutsula qarşı məhkəmənin hökmü müxaliflərə təzyiq cəhdləri və siyasi motivli qərar nümunəsidir.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, bu, həqiqətən siyasi motivli bir qərarın nümunəsidir, seçki kampaniyası zamanı siyasi rəqiblərə açıq və qanunsuz təzyiq göstərmək cəhdlərinin bir nümunəsidir”, - Peskov deyib.

Qeyd edək ki, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub. Məhkəmə Yevgeniya Qutsulu 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilərək onun 7 il müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR