Bank Of Baku

Putinin sözçüsü Rusiya əleyhinə mövqe tutan iş adamlarını satqın adlandırıb

Putinin sözçüsü Rusiya əleyhinə mövqe tutan iş adamlarını satqın adlandırıb
# 14 sentyabr 2023 16:05 (UTC +04:00)

Rusiya nə Brüsselin sanksiyalarının məntiqini, nə də onların ləğvi və ya uzadılması qərarlarını başa düşmür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz nə sanksiyaların məntiqini, nə də sanksiyaların aradan qaldırılmasının məntiqini başa düşürük. Çətin ki, kimsə bu məntiqi Avropanın özündə izah edə bilsin. Biz bunu birmənalı başa düşürük", - deyə Kremlin rəsmisi vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqının bütün Rusiya sahibkarlarına qarşı sanksiyaları, şəxsi biznes əmlakının ələ keçirilməsi və digər tədbirlər beynəlxalq hüquqa ziddir.

Peskov sanksiyalara görə Rusiya əleyhinə mövqe tutan iş adamlarını satqın adlandırıb: "Sanksiyalardan qurtulmağa gəlincə, biz bilirik ki, anti-Rusiya mövqeyi tutan, otuz gümüş pul müqabilində özlərini sanksiyalardan qurtarmağa çalışan iş adamları var. Bunlar satqınlardır".

Eyni zamanda, Peskovun sözlərinə görə, öz maraqlarını məhkəmədə metodik şəkildə müdafiə edən iş adamları da var. "Bu, hər bir sahibkarın hüququdur və biz buna hörmətlə yanaşırıq", - deyə o yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR