Bank Of Baku

Putinin sözçüsü Ukrayna ilə danışıqların çətin keçdiyini bildirib

Putinin sözçüsü Ukrayna ilə danışıqların çətin keçdiyini bildirib
# 15 mart 2022 13:56 (UTC +04:00)

Rusiya və Ukraynanın nümayəndə heyətləri işləyir, iş çətindir. Danışıqların davam etdirilməsi faktının özü isə müsbətdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İki nümayəndə heyəti arasında iş gedir. Bilirsiniz ki, bu, videokonfranslar vasitəsilə həyata keçirilir. İş çətindir və yəqin ki, indiki halda bu işin davam etdirilməsi faktının özü müsbətdir”, - Peskov vurğulayıb.

Qeyd edək ki, martın 14-də Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu baş tutub. Danışıqlardan sonra Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, texniki fasilə verilib, danışıqlar çərşənbə axşamı davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR