Rusiya Türkiyəni Suriyanın şimalındakı xüsusi hərbi əməliyyatdan imtina etməyə çağırıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
O, Rusiyanın Türkiyəyə Suriyanın şimalındakı xüsusi hərbi əməliyyatdan imtina etməsi üçün çağırışla müraciət etdiyini söyləyib.
"Moskva hesab edir ki, bu, Türkiyənin milli təhlükəsizliyi problemini həll etməyəcək", - deyə rusiyalı diplomat vurğulayıb.