Putinlə İran Prezidentinin görüşündə ikitərəfli əməkdaşlıq müzakirə ediləcək

Putinlə İran Prezidentinin görüşündə ikitərəfli əməkdaşlıq müzakirə ediləcək
# 06 dekabr 2023 16:23 (UTC +04:00)

Dekabrın 7-də Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə işgüzar səfərə gələcək İran Prezidenti İbrahim Rəisi ilə Moskvaya danışıqlar aparacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlərin görüşündə ikitərəfli əməkdaşlığın cari gündəliyinin əsaslı şəkildə nəzərdən keçirilməsi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat və enerji sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsinə diqqət yetirilməsi planlaşdırılır.

"Həmçinin əsas beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır", - deyə Kremlin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR