Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qlobal neft bazarının sabitliyi üçün OPEC+ çərçivəsində koordinasiya səviyyəsindən məmnunluq ifadə olunub.
"Ticarət-iqtisadi, investisiya və enerji sahələrində qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi vurğulanaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinə baxılıb”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.