Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş sentyabrın 13-də baş tuta bilər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentlik Cənubi Koreya televiziyasına istinadən xəbər verir ki, Kim Çen In artıq qatarla Rusiyaya gedib və dövlət başçılarının görüşü sentyabrın 13-də keçirilə bilər.
Qeyd edək ki, rəsmi Moskva hələ də Putinin KXDR lideri ilə görüşəcəyini təsdiqləməyib.