Putinlə Tokayev arasında telefon danışığı olub

Putinlə Tokayev arasında telefon danışığı olub
# 02 mart 2024 14:11 (UTC +04:00)

Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, Kremlin mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Telefon danışığı zamanı cari ilin 21 fevralında Kazan şəhərində təşkil edilən görüş zamanı aparılan fikir mübadiləsinin davamında ikitərəfli gündəliyin bəzi cari məsələləri müzakirə edilib. Ticari-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan rəhbəri Rusiya Prezidentinin Federal Məclisə müraciətinin dərin məzmunlu və proqram xarakterli olmasını diqqətə çatdırıb.

Tərəflər Rusiya ilə Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqliyi yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR