Bank Of Baku

Qaqik Tsarukyanın cinayət işi məhkəməyə göndərilib

Qaqik Tsarukyan

© APA | Qaqik Tsarukyan

# 25 aprel 2023 15:15 (UTC +04:00)

Sabiq deputat və biznesmen Qaqik Tsarukyanın barəsində açılan iş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri seçkiqabağı kampaniyada rüşvət verməkdə ittiham olunur və ittihamları sübuta yetirən dəlillər təqdim edilib.

Məlum olub ki, Tsarukyan və “Multi Group” şirkətinin baş direktoru Sedrak Arustamyan 2017-ci ilin 2 aprel tarixində keçirilmiş parlament seçkilərində seçicilərə rüşvət verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR