Bank Of Baku

Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - VİDEO

Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - VİDEO
# 21 fevral 2025 16:12 (UTC +04:00)

Qara dənizdə iki gəmi toqquşub.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) "APA-Economics"ə bildirilib ki, “Natiq Əliyev” tankeri ASCO-ya məxsus deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR