Bank Of Baku

Qarla bağlı Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb

Qarla bağlı Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb
# 17 dekabr 2022 11:59 (UTC +04:00)

Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, güclü qar yağması səbəbindən Vnukovo hava limanında 8 reys gecikir, 10 reys ləğv olunub, Domodedovo hava limanında 12 reys gecikir, 1 reys ləğv olunub. Şeremetyevo hava limanında isə 6 reys gecikir, 6 reys ləğv olunub.

Qeyd edək ki, dünən gecə saatlarından Rusiya paytaxtına fasiləsiz olaraq qar yağır. Moskvada qarın hündürlüyü 22 santimetrə çatıb. Sinoptiklər bunun daha 10 santimetr artacağını proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR