Qazaxıstan Cinayət Məcəlləsindən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevi təhqir etməyə görə məsuliyyətlə bağlı maddə çıxarılacaq.
APA xəbər verir ki, bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Nazarbayevin Elbası statusuunun olmamasıdır.
Xatırladaq ki, hələ bu ilin 13 yanvar tarixində Qazaxıstan parlamenti birinci prezident haqqında qanunu ləğv edib, Nazarbayevin bütün səlahiyyət və imtiyazları əlindən alınıb.