Qazaxıstan MN Fransadan qırıcı təyyarə alınması barədə müzakirə aparılmasını təkzib edib

Qazaxıstan MN Fransadan qırıcı təyyarə alınması barədə müzakirə aparılmasını təkzib edib
# 30 noyabr 2023 14:53 (UTC +04:00)

Qazaxıstan Müdafiə Nazirliyi ölkə hakimiyyətinin Fransaya məxsus “Rafale” qırıcı təyyarələrinin alınmasını müzakirə etməsi ilə bağlı xəbərləri təkzib edib.

APA xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi heç bir danışıqların aparılmadığını və hələlik Su-30SM təyyarəsinin üzərində dayanmaqla bağlı qərarın verildiyini bəyan edib.

Qeyd edək ki, Fransanın “Tribune” nəşri “Rafale” qırıcı təyyarələrinin alınması məsələsinin Emmanuel Makronun Qazaxıstana səfəri zamanı qaldırıldığını yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR