Bank Of Baku

Qazaxıstan MN Türkiyədən zirehli transportyor almalarının səbəbini açıqlayıb

Qazaxıstan MN Türkiyədən zirehli transportyor almalarının səbəbini açıqlayıb
# 11 sentyabr 2023 18:06 (UTC +04:00)

Qazaxıstan Müdafiə Nazirliyi Türkiyə istehsalı olan “ARMA 8x8” zirehli transportyorlar almaq niyyətinin səbəblərini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Nazirliyin sözlərinə görə, qiyməti 40 faiz daha ucuz olan yerli “Barıs” zirehli maşınlarını deyil, Türkiyənin zirehli transportyorlarını seçməyə əsas səbəb texnikanın təmin olunduğu silahlar və su maneələrini keçmək qabiliyyətidir.

Qeyd olunub ki, Türkiyənin istehsal etdiyi texnika daha qabaqcıl və iriçaplı silahla təchiz edilib ki, bu həm də atış sürətinin artmasına səbəb olub. “Arma”da həmçinin 5 km məsafəyə qədər vura bilən tank əleyhinə raket sistemi var. Bütün bunlar transportyorun atəş imkanlarını artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR