Qazaxıstan Özbəkistanla müttəfiq münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Qazaxıstan Özbəkistanla müttəfiq münasibətləri haqqında müqaviləni ratifikasiya edib
# 28 fevral 2024 11:13 (UTC +04:00)

Qazaxıstan Özbəkistanla müttəfiq münasibətləri haqqında müqaviləni ratifikasiya edib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, sənədə əsasən tərəflər heç bir blokda və ya birlikdə iştirak etməyəcək və qarşı tərəfə yönəlmiş hər hansı bir fəaliyyətə qatılmayacaq.

Ölkələr iqtisadi əməkdaşlığın inkişafı və ticarətin böyüməsi, iki ölkə xalqlarının mədəni yaxınlığının qorunması üçün əlverişli şərait yaradacaq.

Müqavilədə həmçinin transsərhəd çayların rasional istifadəsinə dair müddəalar yer alıb.

Əhməd Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR