Bank Of Baku

Qazaxıstan Prezidenti Çinə rəsmi səfər edib

Qazaxıstan Prezidenti Çinə rəsmi səfər edib
# 16 oktyabr 2023 17:21 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinə rəsmi səfər edib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası (“Ak Orda”) məlumat yayıb.

Məlumata əsasən, Pekin hava limanında Tokayevi Çin Xalq Respublikasının (ÇXR) sənaye və informasiya naziri Cin Juanqlonq (Jin Zhuanglong) və digər rəsmi şəxslər qarşılayıb.

Tokayev 17-18 oktyabr tarixlərində Çində rəsmi səfərdə olacaq və səfər çərçivəsində ÇXR Sədri Si Cinpin, Çin Dövlət Şurasının Baş naziri Li Çianq və digər yüksək vəzifəli şəxslərlə görüş keçirəcək. Bununla yanaşı, Qazaxıstan lideri Üçüncü “Bir kəmər-bir yol” yüksək səviyyəli Forumunda iştirak edəcək.

Bundan əlavə, Çinin iri şirkətlərinin rəhbərləri ilə də bir sıra görüşlər nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR