Bank Of Baku

Qazaxıstan Suriya üzrə danışıqların Astana prosesini başa çatdırmağı təklif edir

Qazaxıstan Suriya üzrə danışıqların Astana prosesini başa çatdırmağı təklif edir
# 21 iyun 2023 13:02 (UTC +04:00)

Qazaxıstan hökuməti Suriya üzrə danışıqların Astana prosesinin 20-ci raundda başa çatdırılmasını təklif edir.

APA xəbər verir ki, bu barədə ölkənin XİN rəhbərinin müavini Kanat Tumış bildirib.

XİN rəsmisinin sözlərinə görə, Astana prosesi son 6 ildə Qazaxıstanın sülhməramlı potensialını nümayiş etdirib.

Hazırda Suriyada vəziyyət ciddi şəkildə dəyişib. Ərəb dövlətlərinin Dəməşqlə diplomatik münasibətləri bərpa etməyə hazır olması bunu sübut edir. Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması da bunun parlaq təzahürü oldu.

“Biz İran, Suriya, Türkiyə və Rusiya XİN nümayəndələri arasında Astanada keçirilən 20-ci beynəlxalq görüş çərçivəsində səmərəli məsləhətləşmələri vurğulamaq istərdik”, - deyə Tumış qeyd edib.

Qeyd edək ki, dünən Qazaxıstanda Suriya üzrə 20-ci Astana danışıqları başlayıb.

Suriyadakı münaqişənin həlli üçün qarant ölkələr olan Türkiyə, Rusiya və İran nümayəndə heyətləri müzakirələr aparmaq üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.

Danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçaparın, Rusiyanı xarici işlər nazirinin müavini Mixail Boqdanovun, İranı isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edir.

Görüşlərdə Dəməşq hökuməti xarici işlər nazirinin müavini Ayman Susanın, Suriya müxalifətindən isə Əhməd Tumanın rəhbərlik etdiyi nümayəndə heyətləri də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR