Qazaxıstan Suriyaya humanitar yardım göndərəcək

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 09 fevral 2023 11:07 (UTC +04:00)

Qazaxıstan Prezidendi Kasım-Jomart Tokayev Suriyaya humanitar yardım göndərilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının (Akorda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan lideri ölkənin FHN rəhbəri Yuriy İlyinin Türkiyədə görülən işlərlə bağlı məruzəsini dinlədiyi zaman müvafiq əmri verib.

Qazaxıstan Suriyaya İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə humanitar yardım göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR