Qazaxıstan Taliban diplomatlarını qəbul edəcək.
APA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib.
Smadiyarov bildirib ki, Taliban nümayəndələrinin Qazaxıstandakı diplomatlara akkreditasiya verilməsi ilə bağlı müraciətinə rəsmi Astanadan müsbət cavab verilib.
Nazirlik sözçüsü eyni zamanda vurğulayıb ki, Əfqanıstanın yeni rəhbərliyinin nümayəndələrinin Qazaxıstana gəlişi Talibanın tanınması demək deyil.