Bank Of Baku

Qazaxıstan Türkmənistanla sərhəd rejiminə dair sazişi ratifikasiya edib

Qazaxıstan Türkmənistanla sərhəd rejiminə dair sazişi ratifikasiya edib
# 28 aprel 2023 16:27 (UTC +04:00)

Qazaxıstan Türkmənistanla sərhəd rejiminə dair sazişi ratifikasiya edib.

APA Qazaxıstan Prezident Aparatı (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq fərmanı Prezident Kasım-Jomart Tokayev imzalayıb.

Məlumatda deyilir ki, Tokayev “Qazaxıstan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Qazaxıstan-Türkmənistan dövlət sərhədinin rejimi haqqında Sazişin təsdiq edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.

Qeyd edək ki, haqqında sözügedən Saziş 2021-ci ildə imzalanıb və iki ölkə arasındakı münasibətləri bir neçə istiqamətdə tənzimləyir.

Sənəddə insanların, avtomobillərin və yüklərin sərhəddən keçirilməsi, dövlət sərhədi üzərindən uçuşlar və s. məsələlər öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR