Qazaxıstan və Özbəkistan liderləri Tacikistana səfər edəcək.
APA xəbər verir ki, iki ölkə prezidentləri Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünün beşinci sammitində iştirak etmək üçün 14-15 sentyabr tarixində Tacikistana gedəcəklər.
Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadovun sözlərinə görə, Mirziyoyev Tacikistan səfərindən sonra gələn həftə ABŞ-a səfər edəcək və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edəcək.
Mirziyoyev Nyu-York səfəri çərçivəsində həmçinin, ABŞ və Mərkəzi Asiya ölkələri liderlərinin “C5+1” formatında görüşündə iştirak edəcək.
Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, bu ölkənin rəhbəri Kasım-Jomart Tokayev də Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünün 5-ci sammitində iştirak etmək üçün 14-15 sentyabrda Tacikistan paytaxtı Düşənbəyə səfər edəcək. Tokayev həm də Aral Gölünü Xilasetmə Beynəlxalq Fondunun təsisçilərinin – dövlət başçılarının sammitində iştirak edəcək.