Bank Of Baku

Qazaxıstan və Özbəkistan prezidentləri telefonla danışıb

Kasım-Jomart Tokayev - Şavkat Mirziyoyev

© APA | Kasım-Jomart Tokayev - Şavkat Mirziyoyev

# 01 may 2023 13:47 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Tokayev söhbət zamanı Mirziyoyevi Özbəkistan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq referendumunun uğurla keçirilməsi münasibətilə təbrik edib.

Qazaxıstan lideri vurğulayıb ki, referendumun nəticələri özbək xalqının Prezident Mirziyoyevin strateji kursuna yüksək inamının və qəti dəstəyinin sübutudur.

Qazaxıstan və Özbəkistan liderləri iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR